Rusiyalı qadın idmançıya ağır cəza verildi
Rusiya yol velosipedi üzrə çempionu Yevgeniya Tretçyakova antidopinq qaydalarını pozduğuna görə dörd illik diskvalifikasiya olunub.
Aut.az xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyasının (FVSR) saytında məlumat verilib.
FVSR sənədlərində qeyd olunur ki, 39 yaşlı qadın idmançının 24 aprel tarixli nümunəsində qadağan olunmuş GW1516 (endurobol) maddəsi aşkarlanıb. Bu maddə fiziki məşqlər vasitəsilə aktivləşən metabolik yollar üzərində təsir göstərir və dözümlülüyü artırır.
Velosipedçinin diskvalifikasiya müddəti 26 may 2029-cu ildə başa çatacaq. Aprel ayında Tretçyakova yüksəklikdə fərdi zaman yarışında Rusiya çempionatında ikinci yeri tutub; 2024-cü ildə isə bu disiplin üzrə ölkə çempionu olmuşdu.
Aut.az
