Digər

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

Azərbaycan 2026-cı ildə Xizək Alpinizmi üzrə  Avropa  Çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

Aut.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Avropa  Çempionatı və Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən, ISMF tərəfindən yarışların “Şahdağ” Turizm Mərkəzində  keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Avropa  Çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 mart tarixlərində “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.