FİFA bu kluba qarşı qadağanı ləğv etdi
FİFA borcunu ödədiyi üçün “Lion”un transfer qadağasını ləğv edib.
Daha əvvəl bildirilmişdi ki, Fransa klubuna 2 min avro borcuna görə üç transfer pəncərəsi üçün – 2026-cı ilin yayına qədər – yeni oyunçuların qeydiyyatı qadağan edilib .
Aut.az xəbər verir ki, “L’Equipe”nin məlumatına görə, FİFA mayın 27-də “Lion” 2238 avroluq borcunu ödədikdən sonra qadağanı ləğv edib.
Qeyd olunur ki, “Lion”un borcu 2023-cü ilin yanvarında Amine Sarrın “Herenveen” dən transferi ilə bağlı kompensasiyanın faizidir.
Aut.az
