İngiltərə

Premyer Liqa klubundan transfer rekordu

“Brenford” “Bornmut”un vingeri Dango Uattaranı transfer edib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı Burkina-Faso millisinin üzvü ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Sözləşmədə kluba daha bir il avtomatik uzatma imkanı da nəzərdə tutulub.

Transfer məbləği açıqlanmasa da, “Brenford” bunun klub tarixində rekord keçid olduğunu bildirib. KİV-in məlumatına görə, söhbət 42,8 milyon avrodan gedir.

Uattara 2023-cü ilin yayından “Bornmut”da çıxış edirdi. Ötən mövsüm o, bütün turnirlərdə 37 oyuna çıxaraq 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.