“Nyukasl” İsakı cərimələyəcək: Bu addımı atsa…
“Nyukasl” hücumçusu Aleksander İsaka matçları boykot etdiyi təqdirdə maliyyə sanksiyaları tətbiq edəcək.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
25 yaşlı futbolçu 2025/26 mövsümünün ilk Premyer Liqa oyununda “Aston Villa”ya qarşı görüşdə meydana çıxmaq istəmir. Onun məqsədi “Liverpul”a transferini sürətləndirməkdir.
Mənbə bildirir ki, İsak hətta “Nyukasl”ın məşqlərinə də qatılmaqdan imtina edir. Klub isə hücumçunun davranışından narazıdır və matçları buraxacağı halda onu cərimələməyə hazırlaşır.
“Sağsağanla” “Liverpul”un isveçli forvard üçün təklif etdiyi təxminən 130 milyon avroluq transfer məbləğini rədd edib.
O, 2022-ci ilin avqustundan “Nyukasl”da çıxış edir. Klubla müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
Aut.az
