Suares onların sırasına qoşuldu: SİYAHI
MLS-in növbəti matçında “İnter Mayami” səfərdə “Orlando Siti”yə 1:4 hesabı ilə uduzub.
Aut.az xəbər verir ki, Luis Suares ABŞ klubunun heyətində daha bir oyuna çıxıb. Uruqvaylı hücumçu karyerasında 1014 matçını keçirib. Bununla da o, 21-ci əsrdə ən çox oyun keçirilən futbolçular arasında 10-cu yerə yüksəlib və “Monterrey”in futbolçusu Serxio Ramosa çatıb.
Oyun sayına görə siyahının üçüncü pilləsində qərarlaşan Lionel Messi isə zədə səbəbindən yenidən oyun buraxıb.
XXI əsrdə ən çox oyun keçirən futbolçular:
1354 – Fabio (Braziliya)
1281 – Kriştiano Ronaldo (Portuqaliya)
1116 – Lionel Messi (Argentina)
1114 – Luka Modriç (Xorvatiya)
1084 – Yasuxito Endo (Yaponiya)
1056 – Joao Moutinyo (Portuqaliya)
1039 – İker Kasilyas (İspaniya)
1033 – Edin Ceko (Bosniya və Herseqovina)
1033 – Dani Alveş (Braziliya)
1014 – Serxio Ramos (İspaniya)
1014 – Luis Suares (Uruqvay)
Aut.az
