Rus futbolçunun həyat yoldaşını Eyfelin yanında soymaq istədilər – FOTO
Moskva “Spartak”ının yarımmüdafiəçisi Danil Prutsevin həyat yoldaşı Nataliya Prutseva Parisdən foto yayımlayıb və naməlum qadının Eyfel qülləsi yaxınlığında onu soymağa çalışdığını bildirib.
Aut.az xəbər verir ki, Prutseva sosial media səhifəsində yazıb:
“Möhtəşəm fotolar çəkdirərkən az qala bir qadın məni qarət edəcəkdi. O, çirkli əlini külli miqdarda nağd pul və kart olan çantama soxdu. Allah məni bundan xilas etdi və ombamdakı çantanın tərpəndiyini hiss etdim. Dərhal qışqırmağa başladım. Amma o, gözünü belə qırpmırdı və elə oradaca foto çəkdirməkdə davam etdi. Bu, Avropada normal bir hekayədir, bu fotolar mənə çox baha başa gələ bilərdi”.
Danil və Nataliya 2023-cü ilin dekabrında evləniblər. Bu mövsüm 25 yaşlı futbolçu qırmızı-ağlar üçün bütün turnirlərdə iki matç keçirib (115 dəqiqə) və qol vurmayıb.
Aut.az

