Hakimi “Qızıl top”a layiqdir: Bu da sübut
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi özünü “Qızıl top”a layiq hesab etdiyini bildirib.
Aut.az xəbər verir ki, Hakimi bu barədə Canal+-a müsahibəsində deyib.
“Bir müdafiəçi üçün bu daha çətindir. Çoxları düşünür ki, mən hücumameyilli yarımmüdafiəçiyəm, amma yox, mən müdafiəçiyəm və müdafiə haqqında da düşünməliyəm”, – Hakimi deyib.
Mərakeşli bu mövsüm 55 matçda 25 qol vurub. Çempionlar Liqasında o, 87 duel qazanıb və 36 qol şansı yaradıb.
Klublararası dünya çempionatında Hakimi qol, ötürmə və yaradılan şanslarda PSJ-nin liderləri arasında idi.
Aut.az
