İngiltərə

15 yaşlı futbolçu faciəvi şəkildə öldü

İngiltərə futbol ictimaiyyətini sarsıdan faciəli hadisə yaşanıb.

Aut.az xəbər verir ki, “Hyde United” klubunun 15 yaşlı futbolçusu İsraeil Lyabor avtomagistralda baş verən qəza nəticəsində həyatını itirib.

“Ailəsi, dostları və komandası üçün bu, əvəzolunmaz itkidir — çünki gənc oyunçunun futbolla bağlı böyük arzuları var idi” – deyə klubu paylaşım edib.

“Hyde United” ailəyə dəstək olmaq üçün “GoFundMe” vasitəsilə ianə kampaniyası elan edibb. İngiltərə futbol ictimaiyyəti isə onun yaxınlarına ən səmimi başsağlığı və dəstək sözlərini göndərir.

Aut.az