UEFA Levandovski ilə Yamalı cərimələdi: Səbəb?
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Barselona”nın hücumçuları Lamin Yamal və Robert Levandovskini Çempionlar Liqasının yarımfinalında “İnter”lə cavab oyunundan sonra (4:3) antidopinq qaydalarını pozduqlarına görə 5000 avro cərimələyib.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin sözlərinə görə, hər iki futbolçu sözügedən oyundan dərhal sonra nəzarət-buraxılış məntəqəsinə gəlmək tələbinə məhəl qoymayaraq antidopinq nəzarəti tələblərinə əməl etməyib.
Son turnirdə Yamal 13 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Levandovski Çempionlar Liqasında 13 matçda 11 qol vurub.
Aut.az
