Mbappedən etiraf: O, ailəm və mənim üçün çox şey etdi
Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe PSJ-nin prezidenti Nasser Əl-Xəlaifinin Paris klubunda niyə mühüm rol oynadığını izah edib.
Aut.az xəbər verir ki, “Le Parisien” qəzeti Mbappenin sözlərini sitat gətirib:
“Hər kəs yalnız sonu xatırlayır və bu normaldır, çünki PSJ-dən ayrılmaq praktik olaraq mümkün deyil. Bilirdim ki, ayrılsam, özümü bu vəziyyətdə tapacağam. Amma ən əsası, yalan danışmayacağam, o, ailəm və mənim üçün çox şey etdi.
Kimləsə münaqişəm olanda və qələbəyə layiq olduğumu düşünəndə, onu həll etməkdə heç bir problemim və ya tərəddüdüm yoxdur. Amma gəlin məsələləri qarışdırmayaq: Nasser hörmət etdiyim insandır. Çünki bu gün “Real Madrid”də və Fransa millisinin kapitanı olsam da, PSJ və Nasser Əl –Xəıaifi həyatımda mərkəzi yer tuturlar”.
Xatırladaq ki, Mbappe 2017-ci ildən 2024-cü ilə qədər PSJ- də oynayıb.
Aut.az
