Nəhənglərin hədəfindədir: Hansını seçəcək?
İtaliyalı qapıçı Canluici Donnarumma PSJ-dən ayrılmaq ehtimalı ilə gündəmdədir.
Aut.az “Football Italia”ya istidən xəbər verir ki, futbolçuya komandanı tərk etməsi tövsiyə olunub və qarşıdakı bir həftə ərzində məsələyə aydınlıq gələcəyi gözlənilir.
Donnarumma ilə “Mançester Siti”, “Çelsi” və “Bayern” yaxından maraqlanır. Mənbənin yazdığına görə, “şəhərlilər” yaxın günlərdə qapıçının transferi üçün səylərini artıracaq.
Son günlərdə Almaniya nəhəngi də rəsmi şəkildə ona maraq göstərib. “Çelsi” isə vəziyyəti müşahidə edir, lakin hələlik konkret addım atmayıb.
Qeyd edək ki, PSJ-nin idman direktoru Luiş Kampuş Donnarummanın satılmasını istəyir. Buna səbəb isə “Lill”in qapıçısı Luka Şevalyenin transfer ehtimalıdır.
Aut.az
