Ançelotti açıqladı: Braziliya millisi bu komanda kimi oynayacaq
Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti komandasında görmək istədiyi futbol üslubundan danışıb.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Mənim Braziliyam “Real” kimi oynayacaq. Amma bu mövsümkü yox, ötən mövsümkü “Real” kimi. Mənim həqiqətən istədiyim budur. Bu mövsüm nəticələr bizim istədiyimiz kimi deyildi. Komandanın oyunu da ürəkaçan deyildi. Mənim ayrılmağım gözlənilən idi”.
Xatırladaq ki, bir neçə gün öncə Braziliya Futbol Konfederasiyası Karlo Ançelottini millinin baş məşqçisi təyin etdiyini açıqlayıb. Tərəflər arasında müqavilə 2026-cı il dünya çempionatının sonuna qədər nəzərdə tutulub və 2030-cu ilə qədər uzadılma imkanı var.
65 yaşlı Ançelotti “Real”ı 2013–2015-ci illərdə çalışdırıb, 2021-ci ildən isə yenidən Madrid klubuna rəhbərlik edib. O, “kral klubu” ilə ümumilikdə 15 titul qazanaraq klub tarixinin ən titullu baş məşqçisi olub.
Aut.az
