Dostunun oğluna Milad hədiyyəsi göndərdi – FOTO
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Milad bayramı münasibətilə imzalı formasını “Fluminense”nin müdafiəçisi və dostu Marselonun oğluna hədiyyə edib.
Aut.az xbəbər verir ki, bir vaxtlar portuqaliyalı futbolçu ilə “sambaçı”nın “Real”da komanda yoldaşı olması bu məsələdə böyük rol oynayıb.
“Çox sağ olun, Kriş Mən səni sevirəm, sən mənim kumirimsən” – deyə Marselonun oğlu Ronaldoya təşəkkür edib.
Xatırladaq ki, Marselo “Kral klubu”na 2007-ci ildə “Fluminense”dən keçib və 2022-ci ilə qədər burada çıxış edib. Ronaldo isə 2009-2018-ci illər aralığında “Los Blankos”un oyunçusu olub.
“Real”ın heyətində Marselo və Ronaldo birlikdə 4 dəfə Çempionlar Liqasını, 2 dəfə La Liqanın, 2 dəfə İspaniya kubokunun və 3 dəfə Avropa Superkubokunun qalibi olublar.

