“Mourinyo bizə xarizma və inam verdi”
“Roma” klubunun müdafiəçisi Canluka Mançini komandanın sabiq baş məşqçisi Joze Mourinyonun karyerasındakı rolundan danışıb.
Aut.az xəbər verir ki, futbolçu portuqaliyalı mütəxəssisin “sarı-qırmızılar”a qalib mentaliteti aşıladığını bildirib:
“Mourinyo mənim karyeram üçün kim idi? Elə bir monstr idi ki, peyda oldu və məni “Bəli, bu adam mənim və hamımızın tarixini dəyişə bilər” deməyə məcbur etdi. O, bizə xarizma, mentalitet və inam verdi. Meydanda mən onun lideri idim. Bəzən həddini aşırdım, çox irəli gedirdim… Amma bunu ona görə edirdim ki, o bizi qələbəyə aparacaq deyə hiss edirdim”.
Qeyd edək ki, Mourinyo 2021–2024-cü illərdə “Roma”ya başçılıq edib. Onun rəhbərliyi altında komanda 2021/22 mövsümündə Konfrans Liqasının qalibi olub, 2022/23 mövsümündə isə Avropa Liqasının finalına yüksəlib.
Aut.az
