“Qalatasaray” “Milan”ın futbolçusunu hədəfə aldı
Fransalı yarımmüdafiəçi Yussuf Fofana İtaliya Seriyası A-dan ayrıla bilər.
Aut.az xəbər verir ki, 27 yaşlı futbolçunun transferi ilə “Qalatasaray” maraqlanır. Türkiyə nəhəngi yaxın gələcəkdə Fofanaya keçidin mümkünlüyünü aktiv şəkildə araşdırır.
Fofana “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Lakin İstanbul klubunun maliyyə imkanları və futbolçunun yeni çağırışlara hazır olma istəyi keçidin reallaşmasına səbəb ola bilər. Hazırkı bazar dəyəri təxminən 28 milyon avro təşkil edir.
Cari mövsümdə Fofana “rossoneri”nin heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
