La Liqa tarixində ilk: Məşqçi bu komitəyə daxil edildi
Qreqorio Mansano La Liqa oyunlarına hakimlərin təyin edilməsi komitəsində çalışacaq.
Aut.az xəbər verir ki, tarixdə ilk dəfə olaraq hakimlərin seçilməsinə cavabdeh quruma məşqçi daxil edilib.
Mansano əvvəllər “Atletiko” , “Sevilya”, “Malyorka”, “Rayo Valyekano”, “Malaqa”, “Rasinq” və “Valyadolid”i idarə edib.
69 yaşlı ispaniyalı həm də Çində “Şanxay Şenxua” və “Beijing Quoan” klublarında çalışıb.
Hakimlərin təyinat komitəsinin tərkibinə Hakimlərin Texniki Komitəsinin (CTA) rəhbəri Fransisko Soto və keçmiş referi Teyşeyra Vitienes də daxildir.
Aut.az
