Almaniyaİngiltərə

Keynin Premyer Liqaya qayıtmaq planı: Təfərrüatlar açıqlandı

“Bavariya”nın hücumçusu Harri Keyn 2026-cı il dünya çempionatından sonra Premyer Liqaya qayıda bilər.

Aut.az xəbər veir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Keynin Münhen klubu ilə olan müqaviləsində hər il azalan sərbəstqalma bəndi yer alıb. Eyni zamanda, onun sabiq klubu “Tottenhem”in futbolçunu geri almaqda üstünlüyü var. Lakin bu hüquq yalnız “Bavariya” oyunçunu satmağa razılaşarsa və Keynin özü də “mahmız”lara qayıtmaq istəsə, qüvvəyə minəcək.

Qeyd edək ki, Keyn 2023-cü ilin yayında “Tottenhem”dən Almaniya nəhənginə transfer olunub. Onun klubla olan hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalına əsasən, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Aut.az