Tanınmış futbolçu restoranını satışa çıxardı: Cəmi 1 il çəkdi
“Arsenal” klubunun və Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko Kiyevdəki INCH restoranını satışa çıxarıb.
Aut.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Restoran 2024-cü ilin iyununda futbolçu tərəfindən həyat yoldaşı Vlada ilə birgə açılmışdı. Lakin bir ildən sonra onun bağlandığı və satışa çıxarıldığı məlum olub. Əmlak agentliklərindən biri restorana 2,5 milyon qiymət qoyulduğunu elan edib.
Qeyd edək ki, 28 yaşlı Zinçenko 2022-cı ildə “Mançester Siti”dən “Arsenal”a keçib.
Aut.az
