“Sabah”ın potensial rəqibləri ilk oyunlarını keçirdilər
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin daha bir ilk oyunu başa çatıb.
Aut.az xəbər verir, Azərbaycan təmsilçisi “Sabah”ın potensial rəqiblərindən olan Şimali Makedoniyanın “Makedoniya” klubu Latviyanın RFŞ kollektivini qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 34-cü dəqiqədə Andrey İliç fərqlənib.
Tərəflər arasındakı cavab görüşü bir həftə sonra olacaq.
