Əfsanəvi Şneyder öldü
Tanınmış niderlandlı müdafiəçi Dik Şneyder 77 yaşında dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə “Feyenoord”un mətbuat xidməti məlumat yayıb .
Ölümün səbəbi açıqlanmayıb. Şneyder daha çox 1970-1978-ci illər arasında” Feyenoord”dakı çıxışları ilə tanınır. Rotterdam klubu ilə iki dəfə Niderland çempionluğunu və 1974-cü ildə UEFA Kubokunu qazanıb.
1972-1974-cü illərdə Niderland millisində 11 oyun keçirib və 2 qol vurub.

Aut.az
