O döyüşdən sonra İspaniyada belə dincəlir – VİDEO
Ağır çəkidə şəksiz dünya çempionu Aleksandr Usik Dyubua ilə döyüşdən sonra istirahət edir.
Aut.az xəbər verir ki, Usik ailəsi ilə birlikdə İspaniyada dincəlir.
O, ailə istirahətinin bir anını izləyiciləri ilə bölüşüb.
Sosial şəbəkələrdə yayımlanan videoda boksçu böyük qızı Yelizaveta ilə birlikdə hovuza tullanır.
Şərhlərdə izləyicilər zarafat edirlər ki, Usik tullanma texnikasını təkmilləşdirməlidir, çünki qızı üslubda onu qabaqlayır.
Xatırladaq ki, Usik ötən həftə Dyubuanı 5-ci raundda nokaut edərək mütləq dünya çempionu tituluna sahib çıxıb.
Aut.az
