Dünya futbolu

Enrike bu 5 futbolçunu gənclər komandasına göndərdi: Hesablaşmır  

PSJ-nin baş məşqçisi Luis Enrike 5 futbolçunu gənclər komandası ilə məşqə göndərib.

Aut.az xəbər verir ki, “Le Parisien”in məlumatına görə, bundan əvvəl Nordi Mukiele, Milan Skrinyar, Marko Asensio və Karlos Soler əvəzedici komandaya göndərilib.

Gənclərdən ibarət komandaya sonuncu göndərilən Randal Kolo-Muani olub. O, daha əvvəl ötən mövsüm icarə əsasında çıxış etdiyi “Yuventus”da çıxışını davam etdirmək istədiyini bəyan etmişdi.

Qeyd olunur ki, Enrike bütün bu futbolçularla hesablaşmır. Klub transfer pəncərəsi bitməmiş onlardan qurtulmağa çalışacaq.

Aut.az