Almaniya

“Bavariya” onu icarəyə verdi

“Bavariya”nın və İsrail millisinin qapıçısı Daniel Perets karyerasını “Hamburq”da davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, icarə bir illikdir. İcarə müqaviləsində satınalma variantı yoxdur.

Perets 2023-cü ilin yayında 5 milyon avroya “Makkabi Tel-Əviv”dən “Bavariya”ya keçib. O vaxtdan bəri o, Almaniya çempionlarının heyətində bütün turnirlərdə ümumilikdə 7 oyun keçirib, 7 qol buraxıb və iki oyunda qapısını toxunulmaz saxlayıb.

Peretsin transfer dəyəri hazırda 3 milyon avro qiymətləndirilir və onun “Bavariya” ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, ötən mövsümün yekunlarına əsasən, “Hamburq” 7 illik fasilədən sonra Bundesliqaya qayıdıb.

Aut.az