Azərbaycan futbolu

Xorvatiya klubu “Zirə”yə başsağlığı verdi

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq Xorvatiyanın “Hayduk” kollektivi paytaxt təmsilçisinin akademiyasının üzvü Fərid Şahverdiyevin faciəvi şəkildə vəfatı ilə bağlı başsağlığı verib.

Aut.az xəbər verir ki, bu barədə sabah üz-üzə gələcək komandaların oyunundan öncə baş tutan mətbuat konfransında bildirilib.

Split təmsilçisinin mətbuat xidmətinin rəhbəri klubun bu xəbərdən kədərləndiyini söyləyib.

Xatırladaq ki, “Zirə”nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev bir neçə gün əvvəl çimərlikdə boğularaq dünyasını dəyişib.