Usık tarixə düşdü: Bunu bacaran ilk boksçudur
Ukraynalı boksçu Aleksandr Usik britaniyalı Deniel Dyubuala revanş döyüşü keçirib.
Aut.az xəbər verir ki, “Uembli” stadionunda baş tutan qarşılaşma Usikin beşinci raundda nokautla qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində Usik IBF versiyası üzrə titulu Dyubuadan geri alaraq superağır çəki dərəcəsində yenidən dünya üzrə mütləq çempion olub.
O, boks tarixində dörd əsas qurumun (WBA, WBC, WBO, IBF) titullarını iki dəfə qazanmağı bacaran ilk superağır çəki boksçusu olub.
Ümumilikdə isə Usik karyerasında üçüncü dəfə mütləq çempion tituluna sahib çıxıb. Daha əvvəl o, birinci ağır çəkidə də bütün kəmərləri qazanmışdı.
Aut.az
