Lunin qəti qərar verdi
Andrey Lunin “Real Madrid”də qalmaq niyyətindədir.
Aut.az xəbər verir ki, AS-ın məlumatına görə, ukraynalı qolkiper digər klubların təkliflərinə baxmayaraq karyerasını Madrid təmsilçisində davam etdirmək qərarına gəlib.
Eyni zamanda, Lunin meydançaya çıxmaq üçün çox imkanlarının olmayacağını bilir.
Ötən mövsüm 26 yaşlı qolkiper bütün turnirlərdə 14 oyun keçirib və 19 qol buraxıb.
Aut.az
