Şarapova ABŞ-dakı mülkünü bu qiymətə satır – FOTO
Rusiyanın keçmiş tennis ulduzu Mariya Şarapova Manhetten çimərliyində sifarişlə tikilmiş evini satışa çıxarıb.
Aut.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Dünya tennisinin sabiq bir nömrəsi Kaliforniyadakı mülkünü 24,995 milyon dollara satır.
Okeana mənzərəsi olan, lakin tennis kortu olmayan ev Los-Ancelesin mərkəzindən təxminən 20 mil cənub-qərbdə yerləşir. Əmlak gizliliyi təmin etmək üçün Yapon üslublu abadlıq və yaşıllıq divarlarına malikdir.
38 yaşlı Şarapova Avropada daha çox vaxt keçirməyi planlaşdırdığı üçün evi satmaq qərarına gəlib.

Aut.az
