Dünya futbolu

Ruslar Poqbaya təklif göndəribmiş – Bu cavabı alıblar

Dopinq-testi müsbət çıxdığı üçün diskvalifikasiya müddəti bir müddət əvvəl başa çatan məşhur fransız yarımmüdafiəçi Pol Poqba Rusiyada oynamaq istəməyib.

Aut.az xəbər verir ki, Moskvanın “Torpedo” klubunun idman direktoru Ari Poqbanın agenti ilə bu mövzuda danışdığını bildirib.

“Niyə Poqbanı “Torpedo”ya transfer edə bilmədik? İnsanlar sözlərimi səhv başa düşdü – kimsə yazdı ki, mən demişəm ki, ona Rusiya lazımdır və futbolçu da bura gəlmək istəyir.

Amma mən demişdim ki, o, klubumuzda oynasa, bizim üçün yaxşı olar. Poqbanın agenti ilə danışdım, amma o, futbolçunun Rusiyaya getmək istəmədiyini söylədi”, – Ari bildirib.

Aut.az