Cinayətdir: O’Nil Brayanta görə qəzəbləndi
“Şöhrət Zalı”nın üzvü və Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu Şakil O’Nil əfsanəvi oyunçu və beşqat NBA çempionu Kobe Brayantı tarixdə 11-ci yerə layiq gördükləri üçün “Bleacher Report”u tənqid edib.
Aut.az xəbər verir ki, O’Nil “X” səhifəsində yazıb: “Kobini 11-ci yerə qoymaq cinayətdir”.
“Bleacher Report” Maykl Cordanı NBA tarixinin ən yaxşı oyunçusu adlandırıb, Lebron Ceymisi isə ikinci yerə layiq görüb.
İlk üçlüyü Kərim Abdul-Cabbar tamamlayıb. İlk 10-luğa həmçinin Mecik Conson, Bill Russell, Şakil O’Nil, Tim Dankan, Larri Byörd, Uilt Çemberlen və Stefen Karri daxil edilib.
Aut.az
