İtaliya

Məhkəmə “San-Siro” ilə bağlı iddianı rədd etdi: Söküləcək?

Regional apellyasiya məhkəməsi “Yes Meazza” təşviqat qrupunun “San Siro”nun satışını dayandırmaq tələbini rədd edib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat verib.

Arena ilə yanaşı, ona bitişik ərazi də klubların mülkiyyətinə keçəcək. Müraciətində qrup 1955-ci ildə ikinci mərtəbənin tikildiyi yenidənqurma sənədləri ilə uyğunsuzluğu qeyd edib.

Milan apellyasiya məhkəməsi bu iddialarda stadionun satılmasını dayandıracaq heç nə görməyib. Əslində “Yes Meazza” “San Siro”nun mülkiyyətinin klublara keçməsinin qarşısını almağa çalışırdı, çünki komanda rəhbərləri 2026-cı il Qış Olimpiya Oyunlarından sonra arenanı sökməyi planlaşdırırlar.

Müqavilənin iyulun sonunadək bağlanacağı və əfsanəvi stadionun yerində yeni stadionun tikiləcəyi gözlənilir.

“San Siro” (və ya “Cüzeppe Meatsa”) 1926-cı ildə tikilib, sonuncu rekonstruksiya isə 1989-cu ildə aparılıb.

Aut.az