İtaliya

İtaliya nəhəngi “Borussiya”nın “qol silahı”nı hədəfə aldı

İtaliyanın “Milan” klubu hücum xəttini gücləndirmək niyyətindədir.

Aut.az xəbər verir ki, namizədlər arasında Dortmund “Borussiya”sının hücumçusu Seru Girassi də yer alır. Bu barədə “TUTTOmercatoWEB” məlumat yayıb.

Məlumata görə, klubun idman direktoru İql Tare məhz Girassinin transferində israrlıdır. Seneqallı forvard həm Santyaqo Ximenesə alternativ, həm də onunla yanaşı oynaya biləcək bir variant kimi görülür.

Dortmund təmsilçisi 29 yaşlı futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir. “Milan” isə daha münasib variant kimi “Əl-Hilal”ın hücumçusu Aleksandar Mitroviçi də nəzərdən keçirir.

Xatırladaq ki, Girassi ötən il “Ştutqart”dan təxminən 18 milyon avroya “Borussiya”ya keçmişdi. O, 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 38 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az