“Siti”nin sabiq futbolçusundan Kloppu tənqid edən jurnalistə: Parazit
“Mançester Siti”nin sabiq futbolçusu Co Barton “Sky Sports”un jurnalisti Kave Solekolanı parazit adlandırıb.
Aut.az xəbər verir ki, daha əvvəl müxbir Klublararası Dünya Çempionatını “futbolda həyata keçirilən ən pis ideya” adlandıran “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppu tənqid etmişdi.
Jurnalist demişdi: “Əgər Dünya Kubokunu bəyənmirsinizsə, gedin padel oynayın və ya üzgüçülüklə məşğul olun”.
Co Barton sosial şəbəkədə yazıb: “Bu “Sky Sports”dan olan axmaq futboldakı bütün qüsurları mükəmməl şəkildə yekunlaşdırdı. Amma o, oyunun əslində nədən ibarət olduğunu bilmir. Yalnız istehlakçılığa inanır. Parazit”.
Aut.az
