Agenti yeni klub axtarışına başladı: “Real”da başa düşürlər ki…
“Real Madrid”in ukraynalı qapıçısı Andriy Lunin daha bir mövsüm ehtiyatda qalmaq istəmir.
Aut.az xəbər verir ki, bu barədə “OKdiario” məlumat yayıb.
Nəşrin məlumatına görə, ukraynalının agenti Xorxe Mendes artıq müştərisi üçün yeni klub axtarışlarına başlayıb.
Eyni zamanda, “Real” Lunini saxlamaq istəyir, çünki o, çətin vəziyyətdə komandaya kömək etmək qabiliyyətini artıq sübut edib.
Lakin Madrid klubu layiqli təklif alsa və Andrey özü də ayrılmaq arzusunu bildirsə, rəhbərlik müqavimət göstərməyəcək, çünki onlar qapıçının daha çox oyun vaxtı əldə etmək istəyini başa düşürlər.
Aut.az
