Kamran Ağayevin sabiq klubu 5-ci diviziona göndərilir
Portuqaliyanın məşhur “Boavişta” klubu ciddi maliyyə problemləri üzündən beşinci diviziona düşə bilər.
Aut.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“Panterlər” məhkəmənin “Boavişta” bosslarının təqdim etdiyi “Xüsusi Dirçəliş Planı”nı təsdiq etmədiyi bildirilir. İndi böyük borclara görə Portuqaliyanın üçüncü liqasında iştirak üçün icazənin alınması məsələsi “ciddi sual altındadır”.
Portuqaliya mətbuatının yazdığına görə, “Boavişta”nın beşinci diviziona düşməsi məsələsi demək olar ki, həll olunub.
Son bir ildə klub təkcə dövlətə demək olar ki, 5 milyon avro məbləğində borc ödəyib, lakin bu da iddiaların səviyyəsini azaltmaq üçün kifayət etməyib.
Eyni zamanda, “Boavişta” FİFA-nın növbəti 5 transfer pəncərəsi üçün tətbiq etdiyi transfer qadağasının aradan qaldırıldığını bildirib.
Klub 1903-cü ildə yaradılıb və 2000/01 mövsümündə “Boavişta” ilk və indiyə qədər sonuncu dəfə Portuqaliya çempionu olub. Klub həmçinin beş dəfə Portuqaliya kubokunu və üç dəfə Superkuboku qazanıb.
Qeyd edək ki, sabiq azərbaycanlı qapıçı Kamran Ağayev 2016-cı ildə bu klubun formasını geyinib.
Aut.az
