Dünya cempionatı

DÇ-2030-un finalı “Bernabeu”da keçiriləcək?

2030-cu il dünya çempionatının final oyunu yenidən qurulmuş Madriind “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, FIFA və “Real” klubu mundialın həlledici qarşılaşmasının “Bernabeu”da keçirilməsi ilə bağlı razılıq əldə ediblər.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı 13 iyun – 21 iyul tarixlərində İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi ilə baş tutacaq. Bundan əlavə, Uruqvay, Argentina və Paraqvay turnirin açılış mərhələsində hərəyə bir oyun keçirəcək.

Aut.az