Çempionlar Liqası

ÇL oyununda qeyri-adi hadisə: Forma tapılmadı, nömrəni qələmlə yazdılar – FOTO

Uels çempionu TNS-nin UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində baş tutan oyunu zamanı qeyri-adi hadisə yaşanıb.

Aut.az xəbər verir ki, komandanın futbolçusu meydana formasında nömrəsi qələm ilə yazılmış halda çıxıb.

Makedoniyanın “Şkendiya” klubu ilə oyunun ilk hissəsinin sonlarında TNS-in futbolçusu Rori Holdeni rəqiblə toqquşmada zədə alıb və forması qana bulaşıb. Həkimlər onun oynamağa davam etməsinə icazə versə də, qanlı forma qaydalara görə dəyişdirilməli idi.

Klub əməkdaşları yeni forma tapmaq üçün dərhal hərəkətə keçiblər. Amma uyğun forma tapılsa da, üzərində nömrə yox idi. Komanda rəqəmsiz formaya sadəcə qələm ilə 18 nömrəsini yazaraq problemi “həll edib”. Hakimlər bu qeyri-standart addıma etiraz etməyib və Rori Holden oyuna qayıdıb.

Bu “əl işi” olan forma çox istifadə olunmayıb. Fasilə zamanı stadionda yeni forma hazırlanaraq futbolçuya təqdim olunub. İkinci hissəyə Holden artıq standart formada çıxıb və 80-ci dəqiqəyə qədər oynayıb, alqışlar altında əvəzlənib.

Qeyd edək ki, Rori Holden artıq ikinci ildir ki, TNS klubunu Avropada gündəmə gətirir. Ötən mövsüm onun “Astana”ya vurduğu qol Uels futbolu tarixində ilk dəfə əsas mərhələdə qələbə qazanırmışdı.

ÇL oyununda qeyri-adi hadisə: Forma tapılmadı, nömrəni qələmlə yazdılar - FOTO