Dünya futbolu

Ronaldonun yeni müqaviləsi idman dünyasını qarışdırdı

Kriştiano Ronaldonun “Əl-Nəsr” klubu ilə imzaladığı yeni müqavilə peşəkar idmançılar üçün əməkhaqqı baxımından yeni bir standart müəyyən edib.

Aut.az xəbər verir ki, fevral ayında 40 yaşı tamam olan portuqaliyalı hücumçu hazırkı müqaviləsini daha 2 il uzadıb və bu müddət ərzində təxminən 500 milyon dollar gəlir əldə edəcək. Bu da gündə təxminən 670 min dollara bərabərdir.

Ronaldoya verilən vəsait yalnız əsas maaşla məhdudlaşmır. Müqaviləyə görə o, klubun 15 faiz səhmini də əldə edib. Bu payın dəyəri təxminən 45 milyon dollar təşkil edir. Bundan əlavə, futbolçu müqaviləni uzatdığı üçün ilkin olaraq 33 milyon dollar imza bonusu alıb. Bu məbləğ ikinci ilin əvvəlində 51 milyon dollara qədər artırılacaq.

Cristiano Ronaldo signs new Al-Nassr contract

“Əl-Nəsr” Ronaldonun şəxsi təyyarə xərclərini də qarşılayacaq, həmçinin onun Səudiyyə Ərəbistanı şirkətləri ilə müxtəlif sponsorluq razılaşmaları əldə etməsinə şərait yaradacaq. Bundan başqa, Krişin nəticələrə əsaslanan bonuslar əldə edəcəyi də qeyd olunub. Əgər o, qarşıdakı mövsümdə həm “Qızıl buts”u qazanarsa, həm də komandasını Pro Liqa çempionu edərsə, əlavə 16 milyon dollar mükafat alacaq.

Bu bütün bonusları nəzərə alsaq, Ronaldunun 2 il ərzində ümumi qazancı 700 milyon dollara çata bilər.

Ronalduya verilən bu məbləğ idman dünyasında, xüsusilə də UFC-də maaş modellərinə qarşı narazılığı bir daha gündəmə gətirib. Məşhur döyüş idmanı səhifəsi “Happy Punch” X-də yayımladığı paylaşımda Ronaldonun yeni illik müqaviləsinin (245 milyon dollar) bütün UFC döyüşçülərinin illik maaş fondunu (218 milyon dollar) geridə qoyduğunu vurğulayıb.

UFC president Dana White does not expect punishment for domestic violence  incident | CNN

Deyn Uaytın rəhbərlik etdiyi UFC-nin biznes modeli uzun müddətdir tənqid edilir. UFC-nin illik gəlirinin təxminən 1.5 milyard dollar olduğu deyilsə də, döyüşçülər bu məbləğin yalnız 15-20 faizini əldə edirlər. Reytinqi olmayan döyüşçülər, xüsusilə də əsas qarşılaşmalardan əvvəl çıxış edənlər, bir döyüş üçün cəmi 25 min dollar qazanırlar. Bu məbləğdən məşqçi heyətinə, təlim düşərgəsinə və digər zəruri xərclərə görə ciddi kəsintilər olur. Üstəlik, döyüşçülər fiziki və sağlamlıq baxımından ciddi risklər altındadırlar ki, bu da xərcləri daha da artırır.

Ronaldo ilə UFC arasındakı bu fərq idmanda əməkhaqqı balanssızlığını bir daha ortaya qoyur və UFC-nin qazancı ilə döyüşçülərə verdiyi maaşlar arasında böyük uçurumu göstərir.

Aut.az