Qışda 60 milyona almışdılar: Gedir
“Mançester Siti”nin yarımmüdafiəçisi Niko Qonsales bu yay klubu dəyişmək arzusunda olduğunu bildirib.
Aut.az xəbər verir ki, bu barədə “Mançester Siti Nyus” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Siti”nin baş məşqçisi Xosep Qvardiola yalnız bu ilin fevralında “Portu”dan 60 milyon avroya alınan 23 yaşlı ispaniyalının satılmasına icazə verib.
Yarımmüdafiəçi zədəli Rodrini əvəzləyən futbolçu kimi alınıb. Niko 17 matçda meydana çıxıb, 2 qol vurub.
Bununla belə, Rodrinin qayıdışından, eləcə də Milandan Ticani Reyndersin alınmasından sonra Qonsales mövqeyini tamamilə itirdi. O, KDÇ-2025-də cəmi 61 dəqiqə oynadı.
Futbolçu ilə Avropanın və Səudiyyə Ərəbistanının bir sıra klublarının maraqlandığı bildirilir.
Aut.az
