“Qalatasaray”la “İnter” arasında danışıqlar başladı
“Qalatasaray” “İnter”ə yarımmüdafiəçi Hakan Çalhanoğlu üçün transfer təklifi göndərib.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçu növbəti mövsüm “neradzurri”də çıxış edəcəyinə əmin deyil. Keçən yay yarımmüdafiəçi “Bavariya”ya keçə bilərdi, lakin özü də, Milan nəhənginin rəhbərliyi də bu müqavilədən imtina etmək qərarına gəlib. İndiki vəziyyət xeyli fərqlidir, transfer mümkündür.
Ötən mövsüm 31 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Aut.az
