İtaliya

Qəpik-quruşa oynayırmış ki…

“Napoli”də çıxış edən Kviça Kvaratsxeliyanın məvacibi açıqlanıb.

Aut.az xəbər verir ki, gürcü vingerin Neapol təmsilçisindəki vergilərsiz maaşı 1 milyon avrodur. Napoli vergiləri qarşılamaq üçün ona əlavə 300 min avro ödəyir. Kviça bu göstəricidə 18-20-ci yerlərdə qərarlaşıb.

Son İtaliya çempionunun düşərgəsində ən çox maaş alan oyunçu Viktor Osimhendir. Onun illik qazancı 4,5 milyon avrodur.

Ümumilikdə “Napoli” futbolçulara illik 42,5 milyon avro maaş ödəyir. Futbolçuların 25.5 milyonluq vergiləri də klub tərəfindən qarşılanır.

Qeyd edək ki, Kviça Kvaratsxeliya “Napoli”yə 2022-ci ilin yayında “Dinamo Batumi”dən 13,3 milyon avroya transfer olunub. O, bu müddət ərzində Neapol təmsilçisinin heyətində 45 oyun keçirib. Onun aktivində 14 qol və 18 asist var.

1. Viktor Osimhen – 4,5 milyon avro (vergilərlə 5,9);

2-3. Piotr Zieliński – 3,5 milyon avro (6,4);

2-3. Stanislav Lobotka – 3,5 milyon avro (4,5);

4. Covanni Di Lorenzo – 3 milyon avro (5,5);

5-6. Dieqo Demme – 2,5 milyon avro (3,2);

5-6. Cakomo Raspadori – 2,5 milyon avro (4,6).