Azərbaycan futbolu

“Zirə” Türkiyəyə yollandı

“Zirə” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyənin Bolu şəhərinə gedib.

Aut.az xəbər verir ki, iyunun 14-də çalışmalara start verən “qartallar” bu günə qədər Bakıda olublar.

Bu müddət ərzində komanda bir yoxlama oyunu keçirib – “Qarabağ”a qarşı.

5-17 iyul tarixlərində qonşu ölkədə olacaq “Zirə” bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.