Almaniya

Bundesliqa klubunda qalmaqal: Futbolçunun istirahətdən elə videosu yayıldı ki…

“Borussiya Münhenqladbax”ın yarımmüdafiəçisi Florian Noyhaus bir ay müddətinə əsas komandada iştirakdan kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bild” xəbər verir ki, bütün bunlara səbəb futbolçunun tətildə olduğu Mayorkada lentə alınan videodur. Orada futbolçu sərxoş vəziyyətdə komandanın bir neçə azarkeşi ilə söhbət edərək maaşını ələ salır. Videoda klubun idman direktorunun dünyanın ən pis meneceri olduğu ifadəsi də yer alıb. Nəşr qeyd edir ki, bu ifadəni tam əminliklə Noyhausa aid etmək mümkün deyil, lakin yarımmüdafiəçi bu sözləri gülüşlə müşayiət edib.

“Florian Noyhausun davranışı və açıqlamaları kluba ziyan vurur və qəbuledilməzdir. Onun sözləri kluba ziyan vurub və hər kəs üçün böyük məyusluqdur. Bu, klubun dəyərlərinə uyğun gəlmir”, – klubun baş direktoru Stefan Steqemann bildirib.

Aut.az