Türkiyə

Abraham rəsmən “Beşiktaş”da – FOTO

“Roma”nın ingilis hücumçusu Tammi Abraham “Beşiktaş”a keçib.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Razılaşma oyunçunun müqaviləsinin 13 milyon avroya mümkün satın alınması ilə gələn mövsümün sonuna qədər icarəni nəzərdə tutur.

Abraham 2024/25 mövsümünü icarə əsasında “Milan”da keçirib və burada 45 matçda 10 qol vurub və 7 məhsuldar ötürmə edib. “Rossonerilər” 27 yaşlı ingilisi almaqdan imtina ediblər.

Abraham rəsmən “Beşiktaş”da – FOTO

Aut.az