Arda 1-ci liqada, amma…
Türkiyə millisinin sabiq üzvü Arda Turan məşqçiliyə başlayıb.
Aut.az xəbər verir ki, o, 1-ci liqada mübarizə aparan “Eyüpspor”u çalışdıracaq. Bu barədə “Hürriyet” məlumat yayıb.
Ardanın bazar günü “Eyüpspor”un “Göztəpə” ilə oyununda komandaya rəhbərlik edəcəyi bildirilib. Klubun vitse-prezidenti Fatih Kulaksız da məlumatı təsdiqləyib.
Qeyd edək ki, ötən il futbolçu karyerasını başa vuran Arda Turan “Qalatasaray”, “Atletiko”, “Barselona” kimi klublarda oynayıb.
Heybət
