Dünya futbolu

“Sabah”ın rəqibi yarımmüdafiəçi transfer edib

“Sabah”ın UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi “Çelye” (Sloveniya) yarımmüdafiəçi transfer edib.

Aut.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Darko Hrka ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalanıb.

“Nafta”dan (Sloveniya) transfer olunan 25 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib.

“Sabah” və “Çelye” arasında ilk oyun iyulun 10-da “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.