Dünya futbolu

Bekhemdən Messi paylaşımı: Arzular reallığa çevrildi

“İnter Mayami”nin həmsahibi Devid Bekhem hücumçu Lionel Messinin ABŞ klubuna keçidinin ildönümü şərəfinə bir neçə paylaşım dərc edib.

Aut.az xəbər verir ki, “Bir il əvvəl bu gündə kimisə təqdim etdik. Arzu reallığa çevrildi”, – deyə Bekhem argentinalının təqdimat mərasimindən foto paylaşaraq bu sözləri yazıb.

O, başqa bir paylaşımda isə arxa adı olan klub formasında azyaşlı “İnter Mayami” azarkeşinin fotosunu yayımlayıb və “Hər şey bundan ibarət idi. Gələcək nəsilləri ruhlandırmaq üçün. Düşünürəm ki, biz uğur qazandıq”, – sözlərini yazıb.

Qeyd edək ki, Argentinalı hücumçu 2023-cü il iyulun 15-də “İnter”lə müqavilə imzalayıb və komandanın klub tarixində ilk kuboku – Liqa Kubokunu qazanmasına kömək edib.

Aut.az

Bekhemdən Messi paylaşımı: Arzular reallığa çevrildi

Bekhemdən Messi paylaşımı: Arzular reallığa çevrildi