İngiltərə

Ulduz futbolçu MY-dəki gələcəyi ilə bağlı qərar verdi: DÇ-2026-da oynamaq üçün…

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını Premyer Liqa klubunda davam etdirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı futbolçunun bu qərarında əsas amillərdən biri may ayının sonunda Braziliya millisindən aldığı dəvət olub. Kazemiro 2026-cı il dünya çempionatında iştirak etmək istəyir və hesab edir ki, Premyer Liqada oynamaq bu məqsədə çatmaq üçün daha əlverişlidir.

İyun ayının əvvəlində Kazemiro Braziliya yığmasının heyətində DÇ-2026-nın seçmə mərhələsində keçirilən Ekvadora qarşı (0:0) və Paraqvaya qarşı (1:0) oyunlarda iştirak edib. Bundan əvvəl isə o, pentakampionların heyətində sonuncu dəfə 2023-cü ilin oktyabrında çıxış etmişdi.

Aut.az