İtaliya futbolunda növbəti mərc qalmaqalı: 4 illik cəza gözləyir
“Udineze”nin qapıçısı Maduka Okoye uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
25 yaşlı nigeriyalı futbolçu 2024-cü ilin martında “Latsio”ya qarşı keçirilən oyunda vaxt uzatdığı üçün 64-cü dəqiqədə sarı vərəqə alıb. Məhz bu epizoda qeyri-adi dərəcədə çox sayda mərc edildiyi və həmin hadisəyə görə bukmekerlərin 120 min avrodan çox ödəniş etdiyi bildirilir.
Hadisə ilə bağlı materiallar artıq İtaliya prokurorluğuna təqdim olunub. Okoyeni 4 ilə qədər diskvalifikasiya təhlükəsi gözləyir.
2024/25 mövsümündə o, bütün turnirlərdə 26 oyunda meydana çıxıb, 40 qol buraxıb və 5 matçı qapısını toxunulmaz saxlayıb. 6 iyunda isə Nigeriya millisinin Rusiya ilə keçirdiyi yoldaşlıq oyununda (1:1) iştirak edib.
Aut.az
