Çempionlar Liqasıİtaliya

“Yuventus” Norveçdən qayıda bilmir

Çempionlar Liqasının beşinci turunda səfərdə Norveçin “Budo/Qlimt” komandasının qonağı olan (3:2) “Yuventus”  geri qayıdarkən problemlə üzləşib.

Aut.az xəbər verir ki, turinlilər pis hava şəraiti səbəbindən onlar Budodan doğma şəhər istiqamətində vaxtında uça bilməyiblər.

Norveçdəki hava limanının bütün eniş-qalxış zolağı buzla örtüldüyü üçün təyyarənin uçuşu mümkün olmayıb. Buna görə də “Biankoneri”nin uçuşu da daxil olmaqla digər bütün reyslər təxirə salınıb.

Komanda ilə yanaşı bir neçə azarkeş də Norveçdə qalıb.